23:33 / 25-04-2024
NYT: ABŞ Kiyevin Krımı ATACMS ilə vura biləcəyini etiraf etdi
23:28 / 25-04-2024
ABŞ Rusiya Federasiyasına hərbi tədarükün asanlaşdırılmasına görə Çin banklarına qarşı sanksiyalar tətbiq etməyə hazırdır
22:41 / 25-04-2024
Peskov: "Rusiya Federasiyasının hökuməti və biznesi arasında dialoq davam edəcək, may-iyun üçün iş planları var"
22:35 / 25-04-2024
Kreml: Putin aprelin 26-da Sankt-Peterburqda Qanunvericilər Şurasında çıxış edəcək
22:27 / 25-04-2024
Stoltenberq: "ABŞ və Aİ Ukraynaya lazımi dəstəyi vermədi"
22:24 / 25-04-2024
Şoyqu Astanaya ŞƏT-ə üzv ölkələrin Müdafiə Nazirliyi rəhbərlərinin görüşü üçün gəlib
22:05 / 25-04-2024
"Soçi" futbolçuları "Axmat"la oyundan əvvəl zəhərlənib
21:56 / 25-04-2024
Kirbi: "Ukrayna üçün bəzi silahlar bir neçə günə Polşadan gətiriləcək"
21:45 / 25-04-2024
Polşa prokurorluğu: ekspertizalar Kaçinskinin təyyarəsində partlayış faktını təsdiqləməyib
21:37 / 25-04-2024
Yamayka Britaniya hökmranlığından ayrılmağı planlaşdırır
21:30 / 25-04-2024
WADA çinli üzgüçülərin işində iştirak etmək üçün müstəqil prokurora müraciət edib
21:09 / 25-04-2024
VDNKh-da “Rusiya” sərgi-forumunu 11 milyondan çox insan ziyarət edib
21:03 / 25-04-2024
"BI": Britaniya "Paveway" idarə olunan bombalarını Ukraynaya təhvil verəcək
20:39 / 25-04-2024
Rusiya diplomatlarının "Mauthauzen" həbs düşərgəsində anım mərasimində iştirakdan imtina edilib
20:33 / 25-04-2024
Putin may ayında Çinə səfər etməyi planlaşdırdığını bildirib
20:11 / 25-04-2024
Nalçikdə iki İD üzvü həbs edilib
20:07 / 25-04-2024
Patruşev: "Qeyri-qanuni miqrasiya terror təhlükələri ilə sıx bağlıdır"
20:01 / 25-04-2024
“Şençjou-18”kosmik gəmisi orbital stansiyaya yaxınlaşır
19:55 / 25-04-2024
Rusiya səfiri: "İsveçrədə Ukrayna sammiti səs-küylü və boş piar kampaniyasına çevriləcək
19:50 / 25-04-2024
“Rostov” Ronaldonun qolu sayəsində “Ural”ı məğlub edib
19:47 / 25-04-2024
Ukrayna mərmisi çoxmərtəbəli yaşayış binasına düşüb
01:51 / 25-04-2024
Şəhid Elvin Həsənovun mövludu olub-VİDEO+FOTOLAR
23:52 / 24-04-2024
Fransada Olimpiadada terror aktı planlaşdıran yeniyetmə saxlanılıb
22:59 / 24-04-2024
Moskva vilayəti hökumətinin keçmiş sədr müavini rüşvət almaqda şübhəli bilinərək saxlanılıb
22:31 / 24-04-2024
İlon Mask əmindir ki, gec-tez Qərbdə vətəndaş müharibəsi başlayacaq
22:24 / 24-04-2024
Bayden: "ABŞ bir neçə saat ərzində Ukraynaya silah tədarükünü bərpa edəcək"
22:20 / 24-04-2024
Dudayev: "Kadırov həddindən artıq güc, sağlamlıq və enerji ilə xəstədir"
22:15 / 24-04-2024
Üç rusiyalı boksçu Avro-2024-də medallara zəmanət verib
22:11 / 24-04-2024
Komi məhkəməsi Kasparov və Qudkovu qiyabi həbs edib
22:07 / 24-04-2024
FSB Tambovda terror aktı hazırlayan diversantı saxlayıb
21:55 / 24-04-2024
Azərbaycan-Rusiya iqtisadi əlaqələrinin uğurları-Aybəniz Rüstəmova
21:45 / 24-04-2024
Lukaşenko bildirib ki, o, heç vaxt oğru olmayıb və övladlarına buna imkan verməyəcək
21:41 / 24-04-2024
Podnosova: "2023-cü ildə 39 milyon məhkəmə işinə baxılıb"
21:35 / 24-04-2024
Rusiyanın məhkəmə sistemində ciddi dəyişikliklər olmayacaq
21:32 / 24-04-2024
Pentaqon ATACMS raketlərinin Ukraynaya verildiyini təsdiqləyib
16:00 / 24-04-2024
Ukrayna Avropa Komissiyasından 1,5 milyard avro alıb
15:52 / 24-04-2024
"Spartak"ın sabiq baş məşqçisi Tedesko "Milan"ın qısa siyahısına daxil olub
15:46 / 24-04-2024
Qonşusunun qarajında qumbaranı partladıb
“Dolu”dan o zaman dolu yağır ki..-ƏMRAH FƏQANOĞLU
Tarix: 14-04-2020 14:56 | Bölmə: Ədəbiyyat
Və yaxud çərçivəyə salınmış bir şəklin qəmli tarixçəsi
O gün yazıçı-publisist Aqil Abbasın ssenarisi əsasında çəkilən "Dolu" filminə təkrar baxdım. Çox dolğun, təsirli və mənalı film yardıblar. Sıravi tamaşaçı olaraq müəllifə də, rejissora da, bütün çəkiliş heyətinə də bir daha “çox sağ olun”-deyirəm. Aktyorların ifası adamı valeh edir, hadisələrin inkişafı, Vətən uğrunda canından keçən oğul və qızlarımızın qəhrəmanlığı təbii çalarla təqdim olunub. .. Əsas olan budur ki, filmdə süni, qondarma, reallıqdan uzaq heç bir fraqmentə rast gəlmirsən.
Bu filmə baxanda istər-istəməz Qarabağ müharibəsi ilə bağlı qəmli bir hekayəti xatırlamalı oldum. 1992-ci ildə-tələbəlik dövrümdə Azərbaycan radiosunun gənclik redaksiyasında qonorar sistemi ilə müxtəlif verilişlərin ssenarisini yazır, onlara aparıcılıq edirdim. Həmin il Ağstafanın Ermənistanla həmsərhəd olan Köhnə Qışlaq kəndinə gedib, postda dayanan əsgərlərimiz haqqında veriliş hazırladım, onlardan ayrı-ayrılıqda müsahibə aldım. Hamısı da bir-birindən qorxmaz, şücaətli, boy-buxunlu, yaraşıqlı cavanlar idi. Azərbaycanın müxtəlif bölgələrindən gəlmişdilər, arlarında Ağstafanın özündən olan könüllülər də vardı. Həmin əsgərlərdən və onlara komandirlik edən zabitlərdən öyrəndim ki, 2-3 gün bundan əvvəl ermənilərin diversiya qrupu gecə vaxtı bu posta hücum çəkib, amma döyüşçülərimizin sərt müqaviməti ilə üzləşdiklərindən çoxlu sayda itki verərək, öz xarabalarına çəkilməyə məcbur olublar. Əsgərlərimiz bu cür hucumların artıq onlar üçün adi hala çevrildiyini və düşməndən zərrəcə də qorxmadıqlarını qürur hissi ilə bəyan edirdilər. O kəndin sakinləri təsdiq edərlər ki, o dövrdə həmin kənd ermənilərin ardıcıl hücumu nəticəsində viran qalmışdı, neçə-neçə ev, sosial obyekt tamamilə yanmışdı.
Ermənistan ərazisində post xeyli yüksəklikdə yerləşirdi (çox güman ki, indi də belədi) və orada erməni yaraqlıları avomatla quş ovlayır, lüləsi biz tərəfə tuşlanan tankla manevrlər edib, silah-sursat sarıdan bizdən üstün olduqlarını nümayiş etdirirdilər. Bizim əsgərlərinsə cəmi bir “Qrad” (“Dolu”) tipli köhnə topu vard. O toplar sovet hökumətinin dövründə üzümçülük təsərrüfatlarına verilmişdi ki, dolu yağanda buludlara tuşlayıb atsınlar, məhsul zay olmasın. “Qrad” yeganə və köhnə olsa da, əsgərlərimizdəki vətənpərvərlik hissi o qədər güclü idi ki, nəinki Qarabağı, hətta bütün Ermənistanı da almağa yetərdi…
Müsahibə zamanı əsgərlər məni ehtiyatlı olmağa, səngərdən boylanmamağa çağırırdılar, deyirdilər, erməni snayperçiləri şox vaxt jurnalistləri hədəf seçirlər. Amma tam səmimi deyirəm, o cür vətənpərvər, qorxmaz oğulların arasında ölüm mənə çox şərəfli görünürdü, düşünürdüm ki, lap erməni gülləsindən ölsəm belə nə olasıdı ki, nəyim bu dağ cüssəli oğlanlardan artıqdı?! Mən müvəqqəti buradayam, onlarsa hər an ölüm təhlükəsi ilə üzbəüz, bütün el-obanın namusunu qoruyurlar…
“İnşallah, yenə də göüşərik, özünüzdən muğayat olun”-deyib, onlardan ayrıldım və Bakıya-studiyaya gəlib müsahibələr əsasında veriliş hazırlayıb efirə verdim. Amma iş elə gətirdi ki, mən Köhnə Qışlaq kəndinə, həmin o postda öz sinələrin erməniləriə sipər edən həmin əsgərlərimizin yanına gedə bilmədim… 1996-cı ildə ağstafalı həkim qızla ailə quran, özü də həkim olan dostum Rövşənin nişanına gedərkən yolboyu xəyalımda 4 il əvvəl gördüyüm, ünsiyyət qurduğum qorxmaz döyüşçülər canlanırdı…
Qatar Ağstafaya səhər tezdən çatmışdı. Səbəbkar dostumuz əvvəlcədən şərtləşdiyimiz kimi, bizi vağzalda qarşılayıb, taksi ilə nişanlısıgilin həyətinə apardı. Yüksək qonaqpərvərlik, xoş münasibət yol yorğunluğunu unutdurdu. Dostlarla birgə bir qədər deyib- güldük, zarfatlaşdıq da… Az sonra qızın qardaşı bizi otaqlardan birinə-çay süfrəsinə dəvət etdi. Otağa girəndə üzbəüz divarın başında çərçivəyə salınmış yaraşıqlı, idmançı cüssəli oğlan şəkli hamımızın nəzərini cəlb etdi. Mən şəklə diqqətlə baxıb, “bu oğlanı tanıyıram, bəs özü haradadı?”-soruşdum. Dostumun qaynı məni kədərli baxışla süzüb, “ola bilməz, bəlkə kiməsə oxşadırsınız?”-dedi. “Yox, dəqiq tanıyıram, bu Fəxridirdir, özü də Köhnə Qışlaq kəndindəki postda xidmət edirdi. Düz tapdım?” “Hə, doğru deyirsiniz-köks ötürdü- amma heyif ki, həlak olub. 4 il əvvəl, müharibənin qızğın vaxtında. Ermənilərin o posta hücumunun qarşısını alanda 4 dostu ilə birgə həyatını itirib. 10 nəfərlik dəstə düşmənin 40 nəfərlik dəstəsini məhv eləyib. Onlar çox güclü silahlanıblarmış, bizmkilərdə isə yeganə “Qrad” imiş… Amma yenə də sona qədər vuruşub məğlub olmayıblar...”
Bir anlıq çaşıb qaldım, deməyə söz tapmadım. Nişana-şadyanalıq məclisinə gəldiyim yerdə yasa büründüm. Yeganə təsəllim Vətənimizin yaralanmış qəddinin yalnız belə igid, öz şəhidliyi ilə ölməzlik zirvəsinə ucalan oğulların sayəsində dikələcəyinə bəslədiyim inam idi və o inam bu gün də yaşayır. Ən əsası isə bu gün Milli Ordumuz 90-cı illərin əvvəllərindən fərqli olaraq sovet “Qrad”larının ümidinə qalmayıb, ən müasir silah-sursatla təchiz edilib və düşmənə layiqli cavab verməyə tam hazırdır.
03.03.2014, 12:16
Əmrah Fəqanoğlu
Baxış sayı: 592
Bölməyə aid digər xəbərlər

19-04-2024, 12:41
"SUMQAYIT! ƏBƏDİ YAŞA" LAYİHƏSİ mərhum şair Sabir Sarvana həsr olunmuşdu
17-04-2024, 21:58
ADPU-nun Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova Dünya Söz Akademiyasının fəxri akademik üzvü seçilib
28-03-2024, 23:35
ZİYALI ÖMRÜNÜN AKKORDLARI...
26-03-2024, 14:48
Şeirlər-İSMAYIL MƏRCANLI İMANZADƏ
7-03-2024, 23:27
VÜQAR,ƏHMƏD TÜRKSOY- UN QIZIL MEDALI İLƏ TƏLTİF OLUNUB
7-03-2024, 23:12
Kostomarov "Qanqster Peterburq" serialından mahnı oxudu
11-02-2024, 00:49
Sumqayıtda şair Sabir Yusifoğlunun xatirə gecəsi keçirilib-VİDEO+FOTOLAR
30-01-2024, 14:54
Dramaturq Aleksandr Gelmanı avtomobil vurub
26-12-2023, 20:56
Jurnalist və yazıçı Valeri Şamşurin vəfat edib
21-12-2023, 23:29
BACI İTİRMİŞƏM-VÜQAR ƏHMƏD
19-12-2023, 15:51
“Ərəb mənbələrində azərbaycanlı alim və ədiblər (VII-XVII əsrlər)” adlı kitab nəşr olunub
19-12-2023, 15:05
Təhlükəsizlik qüvvələri Akuninin kitablarını nəşr edən nəşriyyata gəlib
30-11-2023, 23:25
BİR ŞAİR YAŞAYIR MİNGƏÇEVİRDƏ...
28-11-2023, 16:41
Ankarada Sadiq Qurbanovun kitabının təqdimatı olub – FOTO
27-11-2023, 10:45
İrlandiyalı Pol Linç 2023-cü il üçün "Man Booke"r mükafatını qazandı
1-11-2023, 11:19
Buninin qardaşı qızı 100 yaşında dünyasını dəyişib
18-10-2023, 21:25
ŞAİRİN OXUCULAR QARŞISINDA POETİK HESABATI
16-10-2023, 14:46
Əlyazma kolleksiyaları oxuculara virtual təqdim olunur
15-10-2023, 22:09
Şair və rəssam Qavriil Lubnin vəfat edib
4-10-2023, 20:34
“Heydər Əliyev: tariximizdə və taleyimizdə” kitabının təqdimatı olub
24-09-2023, 20:54
AMEA Naxçıvan Bölməsində Məhəmmədhüseyn Şəhriyara həsr olunmuş konfrans
22-09-2023, 21:09
Qərbi Azərbaycan haqqında kitabın və sosioloji-tədqiqatın nəticələri ilə bağlı hesabatın təqdimatı keçirilib
13-09-2023, 15:11
Seyfəddin Dağlının “Gəcil qapısı” pomanının təqdimatı Keçirilib
10-09-2023, 00:17
“Heydər Əliyev ideyaları və müasir dövr” respublika elmi konfransının materialları çapdan çıxıb
3-09-2023, 22:18
YAZARLAR MƏDƏNİYYƏT İŞÇİLƏRİNİ MƏFTUN ETDİLƏR
15-08-2023, 00:28
ƏBÜLFƏT HƏSƏNOĞLU-ŞEİRLƏR
8-08-2023, 18:16
Vəfat etmiş tərcüməçi və yazıçı Leonid Volodarski
7-08-2023, 22:22
Uşaq kitablarının illüstratoru Nikolay Ustinov vəfat edib
13-07-2023, 14:50
“Naxçıvan paremioloji vahidləri: deyimlər, atalar sözləri və məsəllər” kitabının təqdimatı keçirilib
10-07-2023, 19:57
O, HEYDƏR DÜHASIDIR-Ramiz QASIMOV
7-07-2023, 22:48
QHT Azərbaycanın klassik və müasir ədəbiyyatını təbliğ edəcək
30-06-2023, 23:49
Həmişə sizinlə olan cəhənnəm-Əkbər Qoşalı
28-06-2023, 20:10
İSMAYIL İMANZADƏNİN UŞAQ ŞEİRLƏRİNDƏN İBARƏT “HƏR ÇƏMƏNDƏN BİR ÇİÇƏK” KİTABINA ÖN SÖZ-ADİLƏ NƏZƏROVA
23-06-2023, 20:44
Baş Prokurorluq tərəfindən "Özəl sektorda anti-korrupsiya standartları" mövzusuna həsr olunmuş kitab hazırlanıb
22-06-2023, 22:44
TANINMIŞ ALİMİN “HEYDƏR ƏLİYEV SİYASƏTİ: TARİX VƏ MÜASİRLİK” MONOQRAFİYASI NƏŞR EDİLİB-Ramiz Qasımov
22-06-2023, 22:37
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
10-06-2023, 20:04
AMEA-nın Naxçıvan Bölməsində kitab təqdimatı olub
27-05-2023, 22:21
Detektiv yazar Elbrus Kəlbiyevlə görüş keçirilib
24-05-2023, 00:22
Qərbi Azərbaycanın mədəni-ədəbi mühitinə həsr edilmiş elmi konfrans olub
19-05-2023, 19:17
Nizami Gəncəvi Dühası-Anar Rzayev
18-05-2023, 20:14
“Axtarışlar” jurnalının yeni nömrəsi nəşrdən çıxıb
17-05-2023, 19:52
“Naxçıvanın əlyazmalar xəzinəsi” kitabı nəşr olunub
16-05-2023, 21:02
Yeni nəşr olunmuş iki monoqrafiyanın təqdimatı olub
5-05-2023, 21:54
Əhliman Ərəfsəli doğma kəndində yad edilib
5-05-2023, 21:38
“Elmi əsərlər”in yeni nömrəsi çapdan çıxıb
5-05-2023, 20:34
Əhməd Cavadın Vətən idealı-Ramiz QASIMOV
1-05-2023, 21:21
KAMAL CAMALOV TƏDQİQATÇILIQ VƏ NATİQLİK MƏHARƏTİİLƏ SEÇİLƏN TƏDQİQATÇI ALİMDİR-Əbülfət Pələngov