22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
“QARABAĞ ƏDƏBİ-MƏDƏNİ MÜHİTİ (XIX ƏSRİN II YARISI-XX ƏSRİN ƏVVƏLLƏRİ)” KİTABI İŞIQ ÜZÜ GÖRÜB
Tarix: 08-04-2020 00:30 | Bölmə: Ədəbiyyat

AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun Farsdilli əlyazmaların tədqiqi şöbəsinin böyük elmi işçisi, filologiya üzrə fəlsəfə doktoru Səbinə Əhmədovanın “Qarabağ ədəbi-mədəni mühiti (XIX əsrin ikinci yarısı – XX əsrin əvvəlləri)” adlı monoqrafiyası çapdan çıxıb. Nəşrin elmi məsləhətçisi akademik Teymur Kərimli, ön sözün müəllifi filologiya üzrə elmlər doktoru, professor Yaqub Babayevdir. Filologiya üzrə elmlər doktoru, professor Raqub Kərimov və filologiya üzrə fəlsəfə doktoru Gülbəniz Babayeva kitabın rəyçiləri, filologiya üzrə fəlsəfə doktoru, dosent Əzizağa Nəcəfzadə isə elmi redaktorudur.
Monoqrafiyada XIX əsrin ikinci yarısında və XX əsrin əvvəllərində Qarabağ ədəbi mühitində yetişən sənətkarlar barədə oçerklər təqdim olunub. Qarabağda doğulub böyümüş, yaşayıb-yaratmış şairlər, nasirlər və publisistlərin yaradıcılığına ayrı-ayrı oçerklərdə ümumi nəzər salınıb, bu vaxta qədər tədqiqatdan kənarda qalmış məsələlərə toxunulub, təhlillər aparılıb.
Əsərdə təqdim olunan oçerklər həmin dövrlərdə Qarabağ ədəbi mühitinin aparıcı simalarından olan Qasım bəy Zakir, Sədi Sani Qarabaği, Mir Möhsün Nəvvab, Xurşudbanu Natəvan, Növbəri, Həsənəli xan Qaradaği, Abdulla bəy Asi, Mir Mehdi Xəzani, Xarrat Qulu, Məşədi Məhəmməd Bülbül, Nəcəf bəy Vəzirov, Əbdürrəhim bəy Haqverdiyev, Yusif Vəzir Çəmənzəminli, Firidun bəy Köçərli, Üzeyir Hacıbəyli və digər şəxsiyyətlərə həsr olunub.
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutu








Baxış sayı: 738


Bölməyə aid digər xəbərlər