Bütün xəbərlər
Tağı Əhmədov xalq yazıçısının doğum gününü təbrik etdi
Tarix: 07-04-2020 23:31 | Bölmə: Ədəbiyyat
7 aprel Azərbaycanın xalq yazıçısı Çingiz Abdullayevin doğum günüdür. O, 1959-cu il aprelin 7-də Bakı şəhərində ziyalı ailəsində anadan olmuşdur.Atası Abdullayev Akif Abdulla oğlu Böyük Vətən müharibəsinin iştirakçısı olmuş, Naxçıvan Muxtar Respublikasında prokuror, Bakı şəhərində prokuror müavini, Azərbaycan Vəkillər Rəyasət Heyətinin sədri vəzifələrində çalışmışdır. Ç.Abdullayev Bakıda 189 saylı şəhər məktəbini bitirmişdir (1976). Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsində təhsilini davam etdirmişdir (1976-1981)
Ədəbi fəaliyyətə tələbəlik dövründən başlamışdır. 1983-cü ildən dövri mətbuatda oçerk, məqalə və detektiv janrda yazdığı hekayələrlə müntəzəm çıxış edir. Rus dilində yazıb-yaradır. İngilis və italyan dillərində sərbəst danışır. Əsərləri xarici ölkə xalqlarının dillərinə tərcümə olunmuşdur. AlmaniyadaİrlandiyadaFransadaRusiyada kütləvi tirajla buraxılmış, 27 milyon nüsxədə olan 600-dən çox kitabı dünyada yayılmışdır. 194 adda kitabın müəllifidir[3]. Bütün bu kitablar onu siyasi detektiv janrında yazan ən məhsuldar müasir yazıçılardan biri kimi tanıtdırmışdır. Xidmətlərinə görə "Qırmızı Əmək Bayrağı" ordeni və medallarla təltif olunmuşdur. Keçmiş SSRİ Yazıçılar İttifaqının nümayəndələri tərkibində ÇexoslovakiyaYuqoslaviya (1978), Bolqarıstan (1986), Danimarka (1989), Polşada (1989) səfərdə olmuşdur.
Çingiz Abdullayev 2009-cu il aprel ayının 7-də Azərbaycanın ədəbi həyatında fəal iştirakına görə "Şöhrət" ordeni ilə təltif edilib.[4]
2014-cü ilin noyabr ayından İnterpolun fəxri səfiridir.
30 mart 2015-ci ildən "Neftçi" Futbol Klubunun Müşahidə Şurasının sədridir.
Yeni Azərbaycan Partiyasının Yasamal rayon təşkilatının sədri Tağı Əhmədov da sevimli yazıçımızı təbrik edib.
Sabaha-inamla.Az Tağı müəllimin sosial şəbəkədə yazdığı təbriki oxucuların diqqətinə çatdırır: "Təbrik edirəm. ÇİNGİZ müəllim əvəzi dünyada olmayan məhsuldar oxunaqlı yazardır. Çingiz Abdullayev, 100 il mənim arzumdur, ancaq yaradan uç rəqəmli bir ömürü daha çox edəcəkdir. Sağlam, gümrah, xöşbəxt ömür arzulayıram!!!
Sabaha-inamla.Az
 


Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər