Bütün xəbərlər
Kəlbəcəri itirəndə Azərbaycan saçlarını yolmalıydı-yolmadı...
Tarix: 03-04-2020 23:28 | Bölmə: Ədəbiyyat

                    

Tanınmış şair Vüqar Əhməd Kəlbəcərin işğalının 24 cü ildönümünə həsr etdiyi şeiri Moderator.az-a göndərib:


Olmadı                                       

Xeyirxahlıq əlimizə,
Türk sözləri dilimizə
İlahi eşq qəlbimizə,
Dolmalıydı-dolmadı.

Ürəkdə qəm bitirəndə,
Kəlbəcəri itirəndə,
Azərbaycan saçlarını,
Yolmalıydı-yolmadı.

Boş arzular, ümid, xəyal,
Millət içrə hər qalmaqal,
Yolumuzda bitən qanqal,
Solmalıydı-solmadı.

Lal fəryaddan qəlbim inlər,
Fəqət Allah - məni dinlər,
Biz istəyən gözəl günlər-
olmalıydı-olmadı.
    
01.04.2017



Baxış sayı: 559


Bölməyə aid digər xəbərlər