Bütün xəbərlər
20 illik dostluğun bùnövrəsi Nobellərə həsr olunmuş əsərlərlə qoyulub-Nobellərlə ədəbi dostluq
Tarix: 02-04-2020 13:34 | Bölmə: Ədəbiyyat
20 ildir ki, "BAKI NEFTİ VƏ NOBELLƏR" filmi, "Bakılı Nobel" və "Neft taleli Nobel" romanları həmyerlimiz Əmir Pəhləvanı məşhur Nobellər ailəsinin üzvü etdi.İsveç və Norveçdə Nobellərə aid arxiv və muzeydə sərgilənən ədibin əsərləri və fəxri titulları Azərbaycanımızın adına olan hörmət və ehtiramın bariz nümunəsidir.20 il əvvəl Fransanın Nant şəhərində keçirilən "Üç qitə" festivalındakı qələbə və uğurdan sonra Norveç Parlamentinin Mədəniyyət bölməsində "Bakı Nefti və Nobellər"filminin prezentasiyası sənətə, zəhmətə və istedada
- Azərbaycanımıza verilən ən yüksək qiymətin və hörmətin təcəssümüydü. Əbəs yerə deyil ki, 20 ildir ki, "Branobelhistoriy.com" portalı oz səhifələrində Əmir Pəhləvanın filmini və əsərlərini dünya oxucularına və tamaşacılarına böyük səxavətlə nümayiş etdirir.Bütün bunlar Nobel Komitəsi, Nobel
Fondu və Nobel Assosasiyası ilə saysız-hesabsız yazışmaları və görüşləri olan görkəmli yazıçımızın ömür səlnaməsinin silinməz izləridır. Dünyanın hər bir ölkəsində yayımlanan "Bakı Nefti və Nobellər" adlı 3 hissəli sənədli filmi bu mövzuda ilk dəfə ekran həllini tapan, 120 ildir ki,
bəşəriyyəti öz maraq və təsir dairəsində saxlayan Nobellərə - Nobel Mükafatçılarına verilən əlavə bir film mükafatıdır.Bu həm də həmyerlimiz Əmir Pəhləvanın mükafatıdır. Çünki Nobel mükafatını alan hər bir kəs DVD və SD disk förmatlarında bu filmi də özüylə aparırlar.Azərbaycanımızı bu səviyyədə dünya tamaşaçılarına və oxucularına təqdim edən əsərlərimizi barmaqla saymaq olar. Bu sırada görkəmli ədibimiz Əmir Pəhləvanın dünya mədəniyyətinə bəxş etdiyi ədəbi nəşr əsərləri və filmləriylə fəxr etməyə dəyər. 20 illik uğurun və şöhrətin mübarək, böyük ədib!
Sabaha – inamla.az




Baxış sayı: 1 437


Bölməyə aid digər xəbərlər