Bütün xəbərlər
Məktəb direktoru Xocalıya həsr olunmuş tədbirdə ana obrazını canlandırdı
Tarix: 26-02-2020 23:23 | Bölmə: Ədəbiyyat
Onu bir neçə ildir tanıyıram.Tanışlığımıza yazıçı- jurnalist dostum səbəb olmuşdu.Bir neçə dəfə zəng vurub onun haqqında yazmaq istədiyimi bildirdim.Etiraz etdi." Mən neyləmişəm ki, vəzifə borcumu yerinə yetirirəm"- dedi.Sonra sosial şəbəkədə paylaşmaları ilə diqqətimi cəlb etdi.Vətənpərvər, elini- obasını sevən bir xanım təəssüratı yaratdı məndə. Onun haqqında məlumat topladım.Müəllimə,məktəb direktoru idi.2008- ci ildə Azərbaycan Respublikasının Prezidentinin sərəncamı ilə " Əməkdar müəllim" fəxri adına layiq görülmüşdü. Hətta eyni torpaqdan-Naxçıvandan olduğumuzu belə deməmişdi.Onun haqqında dostumdan öyrənirdim.Bir gün Beynəlxalq Mətbuat Mərkəzində yenicə çapdan çıxmış " Qınama məni" kitabının təqdimatına dəvət aldım.Tədbirə yazıçı və şairlər ,elm adamları,rəssam və musiqiçilər dəvət almışdı. " Qınama məni" romanı müştərək yazılsa da, xanımın dəsti- xəttini aydınca görmək olurdu.Yüksək tərbiyə,Vətənə,valideynə olan sevgi əsərin əsas motivini təşkil edirdi. Bəli,oxucunu nigaran qoymaq istəmirəm.Yazdığım sətirlər Sabunçu rayonu Telman İsgəndərov adına 142 nömrəli tam orta məktəbin direktoru Gülnaz Abdullayevaya aiddir. Təhsil fədaisi,ömrünü gənc nəslin təlim- tərbiyəsinə həsr etmiş , işində Vətənpərvərlik hissini önə çəkən mərd Azərbaycan qadını. Belə imic formalaşdırdı məndə. İki gün əvvəl isə paylaşmalarının biri məni cəzb etdi.Həm də çox təəccübləndirdi. Xocalı faciəsinin 28 - ci ildönümü münasibətilə məktəbdə " Haray" tamaşası səhnələşdirilmişdi. Sənəm - Ana obrazını məktəbin direktoru oynayırdı. Bu xəbəri mən də öz saytımda paylaşdım .Lakin bir hiss mənə rahatlıq vermirdi. Bu qədər təvazökar, Vətən sevən bir qadından niyə yazmayım ki? Niyə yaxşıları tanıtmamalıyıq? Axı hər hansı bir neqativ hadisə baş verirsə ,o dəqiqə bu ictimailəşir, müəllim,məktəb qınaq obyektinə çevrilir.Bəs uğurları niyə işıqlandırmayaq?! Bu gün günorta saatlarında məktəbə zəng vurub direktoru soruşdum.Katibə" Ana harayı" abidəsini ziyarət etməyə getdiyini bildirdi. Xahiş etdim gələndə mənimlə əlaqə saxlasın. Axşamüstü telefonum zəng çaldı.Bu o, idi.Gülnaz müəllimə. Hal- əhval tutduqdan sonra dedim: Gülnaz xanım oxudum ki, məktəbin müəllimləri Xocalı faciəsinə həsr olunmuş tamaşada həmin hadisələri canlandırıblar.Uğurlu alınıb.Necə oldu ki,bu tamaşada müəllimlər də oynadı? Adətən biz məktəblərdəki tədbirlərdə şagirdlərin ifasını görürük.Həm də maraqlı odur ki,direktor bu tamaşada Ana obrazını canlandırıb.İdeya kimdən gəldi? Mümkünsə... Dərindən " ah" çəkdi.Səsi yorğun idi.Hiss edirdim həm fiziki ,həm mənəvi yorğundur.Aramla sözə başladı: - Bilirsiz ,Namiq müəllim, Xocalı qətlamı dünyada analoqu olmayan faciədir.Biz bu hadisəni unutmamalı və unutdurmamalıyıq. İndiki məktəbli şagirdlərin ən böyüyünün 16- 17,ən kiçiyinin 6- 7 yaşları var.Xocalı faciəsi isə 28 il əvvəl baş verib.Düzdür,dərsliklərdən,müəllimlərin söhbətindən,televiziya verlişlərindən ,məktəbdə keçirilən tədbirlərdən Xocalı faciəsi haqqında məlumat alırlar.Amma mən istəyirdim ki,uşaqlar bu faciəni olduğu kimi hiss edib yaşaya bilsinlər.Rejissor Ənvər Məmmədovdan tamaşanın ssenarisini yazıb quruluş verməyini xahiş etdim. Ssenarini oxuyanda göz yaşlarım ixtiyarsız axırdı. Tamaşada Ana obrazını oynamalıydım.Sevimli oğlu erməni cəlladları tətəfindən öldürülən bir Ananın obrazını.Məhəbbət müəllimə,Günel müəllimə,Nəsibə müəllimə,Səbinə müəllimə səsimə səs verdilər.Bir aylıq məşqlərdən sonra uğurlu bir tamaşa alındı. Uşaqlar da bizə baxıb həvəslə oynadılar.Tamaşa günü valideynlər,müəllim və şagirdlər göz yaşlarını saxlaya bilmirdilər.Özüm də ağlayırdım.Biz Xocalıların həmin gecə çəkdikləri zülmü,yaşadıqları dəhşəti canlandıra bildik. Söhbəti bitirdi. Təşəkkür edib sağollaşmaq istədim.O dilləndi: - Təşəkkür edirəm,maraqlandığınız üçün.İnanıram ki,Xocalı tezliklə alınacaq.Xocalıdakı narahat ruhlar bizi gözləyir.Azərbaycan Respublikasının Prezidenti,Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə tezliklə işğal altında olan bütün torpaqlar murdar ermənilərdən təmizlənəcək. - İnşallah,Gülnaz xanım.
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az





Baxış sayı: 3 051


Bölməyə aid digər xəbərlər