Bütün xəbərlər
"Şərq-Qərb" nəşriyyatında nəşr edilən kitabların siyahısına "Əhsən sənə, Əhsən!" kitabı da əlavə edildi
Tarix: 28-12-2019 21:05 | Bölmə: Ədəbiyyat
"Şərq-Qərb" nəşriyyatında nəşr edilən kitabların siyahısına yazıçı-jurnalist  "Əhsən sənə, Əhsən!" kitabı da əlavə edildi. Kitabda ustad tarzənin həyat və yaradıcılığından söhbət açılır, müxtəlif sənət adamlarının, şəxsiyyətlərin onun haqqında xatirələri toplanıb.
Şərq-Qərb” nəşriyyatının baş redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə, kitabı əldə edən oxucular bu böyük sənətkarla bağlı maraqlı faktlar öyrənə biləcəklər:“Məsələn, xarakterində qəribəliklər olan xanəndə Qədir Rüstəmovun “Sona bülbüllər”i oxuyub lentə yazdırması üçün Əhsən Dadaşov televiziyada düz 34 dəfə çəkiliş təşkil edib... Məhz onun bu cəhdi və zəhməti nəticəsində Azərbaycan xalqı bu böyük xanəndəni kəşf etmiş olub. Kitabda virtuoz tarzənin şəxsi keyfiyyətlərinə də işıq salınır. Onun, əslində,kövrək insan olduğu, “Sona bülbüllər”i ifa edərkən belə göz yaşını saxlaya bilmədiyi kimi faktlar da oxucuların marağına səbəb olacaq”.
Əhsən Dadaşovun 95 illik yubileyi üçün yazılan bu kitab sənətsevərlər və geniş oxucu kütləsi üçün nəzərdə tutulub.
Sabaha-inamla.Az


Baxış sayı: 833


Bölməyə aid digər xəbərlər