Bütün xəbərlər
“V Avrasiya elmi araşdırmalar və müasir tədqiqatlar” mövzusunda beynəlxalq konfrans keçirilir
Tarix: 18-12-2019 23:47 | Bölmə: Ədəbiyyat



Dekabrın 17-də Xəzər Universitetində “V Avrasiya elmi araşdırmalar və müasir tədqiqatlar” mövzusunda ikigünlük beynəlxalq konfrans işə başlayıb.
Sabaha-inamla.Az xəbər verir ki,Universitetdən ​​​​AZƏRTAC-a bildirilib ki, tədbiri giriş sözü ilə Türkiyənin İqtisadi İnkişaf və Sosial Tədqiqat İnstitutunun (İKSAD) rəhbəri Mustafa Latif Emek açıb. O, konfransa 400-dən artıq məqalənin təqdim olunduğunu, 165 elmi məqalənin gündəliyə salındığını diqqətə çatdırıb. İKSAD-ın rəhbəri tədbirdə Türkiyə, Azərbaycan, Rusiya, Pakistan, Gürcüstan, Qazaxıstan, Qırğızıstan, Efiopiya və digər ölkələrdən nümayəndələrin iştirak etdiyini bildirib.
Açılış mərasimində Xəzər Universitetinin təsisçisi, Direktorlar və Qəyyumlar Şurasının sədri professor Hamlet İsaxanlı , Xəzər Universitetinin rektoru dosent İradə Xəlilova, İslamabad Müasir Milli Dillər Universitetinin nümayəndəsi Muntazir Mehdi, Azərbaycan Dövlət Pedaqoji Universitetinin dekanı, professor Mahirə Hüseynova çıxış ediblər.
Mustafa Latif Emek Hamlet İsaxanlı, İradə Xəlilova və ictimai əlaqələr və media üzrə direktor Əlövsət Əmirbəyliyə təşəkkür plaketləri təqdim edib.
Açılışda Xəzər Universitetinin kamera orkestri və rəqs kollektivinin ifaları alqışlarla qarşılanıb.










Baxış sayı: 795


Bölməyə aid digər xəbərlər