Bütün xəbərlər
Beş tarixin bir unvanı
Tarix: 30-11-2019 19:13 | Bölmə: Ədəbiyyat
     Heydər Əliyev Mərkəzində Səməd Vurğun adına Mərkəzi Kitabxananın Uşaq şöbəsinin təşəbbüsü və təşkilatçılığı ilə “Beş tarixin bir ünvanı” adlı tədbir keçirilib.
         Bu ad özündə beş önəmli və əlamətdar tarixi ehtiva edib. Belə ki, Mərkəzi Kitabxananın uşaq şöbəsinin 50 illiyi fonunda eyni zamanda “Nəsimi – 650”, “Cəlil Məmmədquluzadə - 150”, “Cəfər Cabbarlı – 120” “Sumqayıt – 70” kimi əlamətdar məqamlara da işıq salınıb.
     Tədbir balaca oxucuların xüsusi hazırladıqları mahnı təbriki ilə başlandı. Sabir Sarvan adına Poeziya klubunun üzvləri uşaq şöbəsinin əməkdaşlarının parodiyası ilə ilk səhnəciyi təqdim etdilər.
    Aparıcı, yazıçı – ssenarist, kultroloq Hafiz İmamnəzərli beş tarixin bir məqamında cəmləşdirilməsinin təsadüfi olmadığını gətirdi. Natiq bildirdi ki, kitabxana zəka evi, bilik mənbəyidir və hər şey məhz kitabxanadan keçir. Eyni zamanda Nəsimi, Mirzə Cəlil, Cəfər Cabbarlı, Sumqayıt və Mərkəzi Kitabxananın Uşaq şöbəsini birləşdirən bir mənəvi dəyər var: həqiqət!
      Proqram boyunca beş tarixin məqamlarını əks etdirən nümunələr təqdim olundu. Sevda Mirzəyeva Nəsiminin “Dünya duracaq yer deyil “  qəzəlini, İsmayıl Hüseynov və Nihad Bədəlli Cəfər Cabbarlını “Şair və artist ” satirasını söylədilər. Aynur Kərimova, Mirkənan və Lətifə Mahmudovalar, Cavidan Mirzəzadə, İsmayıl Hüseynov ədibin “Yaylağa gedir” pyesini,  İsmayıl Hüseynov və Cavidan Mirzəzadə Rafiq Yusifoğlunun “ Sumqayıtın nağılı” şeirinin səhnə versiyasını göstərdilər.
“Kimyaçı” Mədəniyyət Sarayının “Kimyaçı” instrumental ansambılının və rəqs kollektivinin üzvləri tədbirə özgə hava qatdılar.
      Sonda Mərkəzi Kitabxananın Uşaq Şöbəsinin müdiri Yeganə Hüseynova qonaqlara təşəkkürünü bildirdi və kitabxanaçı peşəsi ilə qürur duyduğunu söylədi.
Sabaha-inamla.Az
        




           


Baxış sayı: 823


Bölməyə aid digər xəbərlər