Bütün xəbərlər
Aqil Abbasdan İradə Tuncaya doğum günü sürprizi — FOTO
Tarix: 06-11-2019 20:04 | Bölmə: Ədəbiyyat

                      Aqil Abbasdan İradə Tuncaya doğum günü sürprizi

Millət vəkili Aqil Abbas həyat yoldaşı, jurnalist-publisist İradə Tuncaya doğum günü sürprizi edib.
Sabaha-inamla.Az “Ölkə.Az”-a istinadən xəbər verir ki, millət vəkili İradə Tuncayın yazılarından ibarət “A.A.- Ağ adam, Ağrılar Adamı” adlı kitabı çap etdirib.
Qeyd edək ki, noyabrın 9-da yazıçı, publisist, “Ədalət” qəzetinin baş redaktoru, əməkdar jurnalist İradə Tuncayın 60 yaşı tamam olur.
O, 1959-cu ildə Bakıda anadan olub. BDU-nun jurnalistika fakültəsini bitirib.
1982-ci ildən Azərbaycan Dövlət Televiziyasının gənclik və ədəbi-dram baş redaksiyasında redaktor, 2002-ci ildən “Space” televiziyasında şöbə müdiri vəzifələrində çalışıb. “Space” televiziyasında bir neçə filmin ssenari müəllifi və rejissoru olub.
”Mətbuatın inkişafında yardıma görə”, “Media açarı”, 2018-ci ildə Cəfər Cabbarlı mükafatına da layiq görülüb.
2 övladı var.




Baxış sayı: 703


Bölməyə aid digər xəbərlər