Yazıçı, kinorejissor Əmir Pəhləvanın 60 illik yubileyi keçirilib
Tarix: 18-10-2019 03:09 | Bölmə: Ədəbiyyat

"Yazıçı ömrü, şair ömrü yaşamaq olduqca çətindir: maneələr, paxıllar, şeytanlar əbləhlər var"-ƏMİR PƏHLƏVAN

Beynəlxalq Muğam Mərkəzində tanınmış yazıçı, kinorejissor, ssenarist, dramaturq Əmir Pəhləvanın 60 illik yubileyi ilə bağlı tədbir keçirilib. Tədbir Əmir Pəhləvanın həyat və yaradıcılığını əks etdirən videosüjetlə başlayıb.
                            
Professor İlam Rəhimlinin aparıcılıq etdiyi tədbirdə xalq artisti, professor Ramiq Quliyev, xalq şairi Vahid Əziz, xalq artisti Səidə Quliyeva, əməkdar jurnalist Telli Pənahqızı, professor Elxan Məlikli və s. şəxslər ürək sözlərini deyiblər.
                         
Daha sonra müğənnilərdən Gülyaz Məmmədova, Nuriyyə Hüseynova, Zabit Nəbizadə, Pərviz Abdullayev maraqlı musiqi nömrələri ilə çıxış ediblər. Əməkdar artist Azad Şükürov müəllifin "İnsan və İblis" əsərindən insan obrazını, əməkdar artist Naidə Orucova isə müəllifin rus dilində şeirini ifa ediblər.
Tədbirin sonunda Əmir Pəhləvan tədbir iştirakçılarına öz minnətdarlığını bildirib.      
Namiq MƏMMƏDLİ
Sabaha-inamla.Az













Baxış sayı: 240


Bölməyə aid digər xəbərlər
30-11-2019, 19:13 Beş tarixin bir unvanı
6-10-2019, 08:57 Sonuncu dərs
18-09-2019, 00:11 TƏBRİK EDİRİK!

Click Here For Details . like that