Cəsarətli düşüncələrlə zəngin “İdrakın üfüqləri” “Şərq-Qərb”də çap olundu
Tarix: 26-09-2019 12:36 | Bölmə: Ədəbiyyat
Sabaha-inamla.Az-a “Şərq-Qərb” nəşriyyatın redaktoru Nərgiz Cabbarlının verdiyi məlumata görə bu günlərdə “Şərq-Qərb” nəşriyyatında Dövlət mükafatı laureatı, professor Nizaməddin Şəmsizadənin “İdrakın üfüqləru” kitabı işıq üzü görüb. Oxucular kitabda N.Şəmsizadənin türkçülük, ana dili, şəxsiyyət, müstəqillik dövrü ədəbi prosesinin ziddiyyətli yönləri haqqında da maraqlı yazılar oxuya biləcəklər. Müəllifinpolemika doğuracaq, bir çox mübahisələrə səbəb olacaq düşüncələrini əks etdirən məqalələr türkçülük məfkurəsinə, müasir ədəbi tənqidin estetik problemlərinə həsr olunub. “Tənqiddə meyarsızlıq sindromu” məqaləsi oxucuların marağına səbəb olacaq. Bundan başqa, böyük mütəfəkkir tənqidçi Yaşar Qarayevin nəzəri görüşlərindən bəhs edən “İdrakın üfüqləri” araşdırması dakitabda təqdim edilən dəyərli əsərlərdəndir.
Sabaha-inamla.Az


Baxış sayı: 114


Bölməyə aid digər xəbərlər
6-10-2019, 08:57 Sonuncu dərs
18-09-2019, 00:11 TƏBRİK EDİRİK!
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib