19:00 / 13-10-2019
Elton Türkiyəyə köçdü
Xalq yazıçısı Çingiz Abdullayev dəmiryolçularla görüşüb
Tarix: 16-09-2019 19:19 | Bölmə: Ədəbiyyat
Bu gün Dəmir Yolu Vağzalının binasında dəmiryolçuların təşəbbüsü ilə xalq yazıçısı Çingiz Abdullayevlə görüşü keçirilib.
Çingiz Abdullayev dəmiryolçuları bilik günü münasibətilə təbrik edib və gəncik illərini xatırlayıb:"Sizi bilik günü münasibətilə təbrik edirəm. Bu gün bəzi məktəblərdə olmuşam. Babaların, nənələrin, ataların, anaların necə uşaqları sevinə-sevinə məktəbə gətirdiklərini gördüm. Yadımdadır ki, atam da məni birinci sinifə belə gətirmişdi. Məndə uşaqları məktəbə gətirəndə sevinirdim ki, onlar məktəbə gedirlər. Ən çox sevinirəm ki, qızlarımızda oxuyurlar və oxumalıdırlar.
                             
Anam 30 ilə yaxın Universitetin rektoru işləyib. Məni öyrtmişdi ki, heç vaxt oturub insanlarla danışma. Ona görə 5-6 saat da olsa mən həmişə ayaq üstə dururam. Əgər sən oturub danışsan bu hörmətsizlikdir.
Atam uçaqları sevmirdi. Hər dəfə Moskvaya gedəndə həmin bu vağzaldan gedirdi. Bu gün bura gələndə yadınma düşdü ki, mən onun böyük oğlu neçə illər boyu atam Bakıya gələndə onu bu vağzaldan qarşılayırdım, ya da yola salırdım.
Qadınlar çox şəkil çəkdirirlər. Mən vaxtilə 1992-ci ildə Amerika yazışısı Rey Bredberi görmüşdüm. Onun 70, mənim 30 yaşım var idi. Mən utandım ona deyəm gəl şəkil çəkdirək. Ömür boyu fikirləşdim ki, nəyə görə utanmışam".
Maraqlı çıxışdan sonra xalq yazıçısı oxucuların suallarını cavablandırıb və avtoqrafı ilə olan kitablarını ouculara paylayıb.
Etibar Əliyev
Sabaha-inamla.Az





Baxış sayı: 90


Bölməyə aid digər xəbərlər
6-10-2019, 08:57 Sonuncu dərs
18-09-2019, 00:11 TƏBRİK EDİRİK!
18-08-2019, 14:08 Şair Oqtay Rza vəfat edib