Bütün xəbərlər
Bolton Trampı səhv məlumat verməkdə ittiham etdi
Tarix: 10-09-2019 23:45 | Bölmə: Dünya


                     Bolton Trampı səhv məlumat verməkdə ittiham etdi

ABŞ prezidentinin Milli Təhlükəsizlik Məsələləri üzrə müşaviri Con Bolton Donald Trampı ictimaiyyətə səhv məlumat ötürməkdə ittiham edib.
“Qafqazinfo” xəbər verir ki, Bolton istefa qərarını əvvəlcədən prezidentə bildirdiyini, onun isə bu məsələni sabah müzakirə edəcəyini söylədiyini bildirib. Lakin Trampın bu gün Boltonu istefaya özünün göndərməsini elan etməsi müşavirin xoşuna gəlməyib.
Qeyd edək ki, Tramp Con Boltonun ideyalarının onun və administrasiyanın fikirləri ilə üst-üstə düşmədiyini bildirmiş, bu səbəbdən müşaviri istefaya göndərdiyini elan etmişdi.


Baxış sayı: 491


Bölməyə aid digər xəbərlər