22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Ərdoğan bütün bələdiyyə sədrlərini Ankaraya çağırdı
Tarix: 09-09-2019 21:34 | Bölmə: Dünya

                     Ərdoğan bütün bələdiyyə sədrlərini Ankaraya çağırdı


Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bütün böyük şəhər bələdiyyə sədrlərini Ankaraya dəvət edib.
“Qafqazinfo”nun Türkiyə KİV-nə istinadən məlumatına görə, prezidentlə sədrlərin görüşü çərşənbə günü Ərdoğanın iqamətgahında baş tutacaq. İclasda AKP, CHP və MHP-li sədrlər iştirak edəcək.CHP lideri Kamal Kılıçdaroğlu partiyasından olan bütün sədrlərin dəvətə qatılacaqlarını açıqlayıb. Ötən ay istefaya göndərilən Van, Mardin və Diyarbakır bələdiyyə sədrlərinin yerinə təyin olunan valilər də iclasda iştirak edəcəklər.
Xatırladaq ki, 31 mart seçkilərində böyük şəhərlərin 15-nə AKP-li, 11-nə CHP-li, 3-nə HDP-li, 1-nə isə MHP-li bələdiyyə sədri seçilmişdi.


Baxış sayı: 522


Bölməyə aid digər xəbərlər