Bütün xəbərlər
Rusiyada keçirilən seçkilərdə azərbaycanlı deputat seçilib
Tarix: 09-09-2019 20:08 | Bölmə: Dünya

                  Rusiyada keçirilən seçkilərdə azərbaycanlı deputat seçilib


Rusiyada keçirilən seçkilərdə azərbaycanlı deputat seçilib.
APA-nın Rusiya bürosunun xəbərinə görə, Sankt-Peterburqun şəhər dumasına və şəhərdaxili dairə şurasına keçirilən seçkilərdə azərbaycanlı namizəd Elşən Həmzəyev qalib gəlib.
Soydaşımız İvanovski dairəsindən deputat seçilib. O, ümumi səslərin 39,8 faizini toplayaraq rəqiblərinə qalib gəlib.
E.Həmzəyevin rəqibləri arasında iki erməni əsilli namizəd də olub.
Qeyd edək ki, həmyerlimiz ikinci müddətə həmin dairədən deputat seçilib.


Baxış sayı: 550


Bölməyə aid digər xəbərlər