Bütün xəbərlər
Rusiya MSK-nın sədrinə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb
Tarix: 07-09-2019 22:31 | Bölmə: Dünya


                         Rusiya MSK-nın sədrinə hücum etməkdə şübhəli bilinən şəxs saxlanılıb

Rusiya Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Ella Panfilovanın Moskva ətrafındakı mənzilinə basqın etməkdə şübhəli bilinən şəxs saxlanılıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, Rusiya Daxili İşlər Nazirliyinin (DİN) nümayəndəsi İrina Volk bildirib ki, saxlanılan şəxs 1983-cü il təvəllüdlüdür və o, əslən Mərkəzi Asiya respublikalarından birindəndir.
Qeyd edək ki, ötən gün Rusiya MSK-nın sədri E. Panfilovanın Moskva ətrafındakı mənzilinə basqın olub. Hadisə gecə saatlarında baş verib.
Maskalı şəxs MSK sədrinə elektrokşokla hücum edib və hadisə yerindən uzaqlaşıb.
Quldurluq faktı üzrə cinayət işi başlanılıb, iş Rusiya DİN tərəfindən nəzarətə götürülüb.


Baxış sayı: 492


Bölməyə aid digər xəbərlər