Bütün xəbərlər
Ərdoğan: Bizə dəstək göstərməsəniz, qaçqınlar üçün Avropaya qapıları açacağıq
Tarix: 05-09-2019 14:53 | Bölmə: Dünya

                      

Türkiyə Qərbdən zəruri dəstək görmədiyi təqdirdə qaçqınlar üçün Avropaya qapıları açmağa hazırdır.
Trend-in məlumatına görə, bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Qərb Türkiyəyə Suriyada təhlükəsizlik zonasının yaradılması məsələsində kömək etməlidir:
“Ya siz bizə təhlükəsizlik zonası məsələsində dəstəkləməlisiniz, ya da biz sərhəd keçidlərimizi açmaq məcburiyyətində qalacağıq. Ya siz bizə kömək edirsiniz, ya da heç kim atdığı addıma görə peşman olmamalıdır. Biz 1 milyon qaçqını təhlükəsizlik zonasında yerləşdirmək istərdik”.


Baxış sayı: 439


Bölməyə aid digər xəbərlər