Bütün xəbərlər
Ankarada Ermənistana qarşı etiraz aksiyası keçirildi – FOTO
Tarix: 05-09-2019 00:34 | Bölmə: Dünya

Ankarada Ermənistana qarşı etiraz aksiyası keçirildi – FOTO

 

Türkiyənin Vətən Partiyasının gənclər təşkilatı görkəmli dövlət xadimi Tələt paşaya qarşı Ermənistan dövləti tərəfindən edilmiş təhqirlə bağlı Ankarada izdihamlı etiraz nümayişi keçirib.

Karabakhmedia.az Azərtac-a istiandən xəbər verir ki, Ankaranın mərkəzi Ulus meydanında təşkil olunan nümayişdə minlərlə insan iştirak edib. “Erməni qatilə ucaldılan heykəl yıxılacaq”, “Ermənistan Qarabağdan rədd ol!”, “Xocalı soyqırımını törədənlər cəzalansın!”, “Bir Tələt gedər, min Tələt gələr!” kimi şüarlarla yürüş edən nümayişçilər 1921-ci ildə Tələt paşanı namərdcəsinə kürəyindən vuraraq qətlə yetirən erməni terrorçu Soğoman Tehliryana Yerevanda ucaldılan heykəlin götürülməsini tələb ediblər.

Nümayişçilər adından yayılan bəyanatda bildirilir ki, sözügedən heykəlin quruluşu və siyasi mahiyyəti insanlıq əleyhinə cinayətdir. Nümayişçilər Türkiyənin dövlət və hökumət orqanları qarşısına məsələ qaldırıblar ki, bu heykəlin götürülməsi üçün bütün diplomatik vasitələrdən istifadə olunsun, o cümlədən beynəlxalq təşkilatlar qarşısına qətiyyətlə məsələ qaldırılsın. Bəyanatda göstərilir ki, Türkiyə gəncliyi heç vaxt Tələt paşaya göstərilən təhqir və həqarəti bağışlamayacaq.

Nümayişdə, həmçinin Ermənistanın Azərbaycana qarşı yürütdüyü işğalçılıq siyasətinin dayandırılması, o cümlədən 1992-ci ildə Azərbaycanın Xocalı şəhərində soyqırımını törədənlərin cəzalandırılması tələb olunub. Dünya birliyinin bu acı həqiqətlərə göz yummasının yolverilməz olduğu ifadə edilib.
Karabakhmedia.az
Ankarada Ermənistana qarşı etiraz aksiyası keçirildi – FOTO

Ankarada Ermənistana qarşı etiraz aksiyası keçirildi – FOTO



Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər