Bütün xəbərlər
Əsəd Putinə borcunu qaytarmaq üçün əmisi oğlunu həbs etdirdi
Tarix: 02-09-2019 00:31 | Bölmə: Dünya


                    Əsəd Putinə borcunu qaytarmaq üçün əmisi oğlunu həbs etdirdi

Suriyanın ən zəngin insanı və prezident Bəşər Əsədin əmisi oğlu Rami Maxluf həbs edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Maxlufun bütün əmlakı da müsadirə olunub.
“The Times” qəzeti yazır ki, Bəşər Əsəd əmisi oğlunun həbsinə Rusiyaya olan borcunu ödəmək üçün razılıq verib. Belə ki, vətəndaş müharibəsi zamanında Suriyanın Rusiyaya 3 milyard dollar borcu yaranıb. Rusiya prezidenti Vladimir Putin Bəşər Əsəddən həmin məbləği geri istəyib. Əsəd isə bu pulu tapmaq üçün əmisi oğlunun həbsinə qərar verib.
Maxlufun həbsinə isə onun 22 yaşlı oğlu Məhəmmədin İnstaqramda əhalinin yoxsulluq içində olduğu bir dövrdə zəngin həyatını əks etdirən fotolarını paylaşması təkan verib.
Qeyd edək ki, Panama sənədlərinə görə Maxlufun 2011-ci ildə əmlakı 5 milyard dollar olub.


Baxış sayı: 472


Bölməyə aid digər xəbərlər