Bütün xəbərlər
Zelenskinin adamı Baş Nazir seçildi - 35 yaşı var
Tarix: 29-08-2019 23:38 | Bölmə: Dünya


                      Zelenskinin adamı Baş Nazir seçildi

Ukraynanın yeni Baş Nazirinin adı müəyyənləşib.
"Qafqazinfo" xəbər verir ki, bu, Ali Radanın yeni tərkibdə keçirilən ilk iclasında Aleksey Qonçaruk ölkənin Baş Naziri vəzifəsinə seçilib.
O, bu vəzifəyə yeganə namizəd olub. 
Qeyd edək ki, 35 yaşlı Aleksey Qonçaruk hüquqşünas, hüquq üzrə fəlsəfə doktorudur. O, hazırda Ukrayna Prezidentinin aparat rəhbərinin müavini vəzifəsini tutur və iqtisadi islahatların həyata keçirilməsinə nəzarət edir.
Onu da qeyd edək ki, Aleksey Qonçarukun namizədliyini ölkə Prezidenti Vladimir Zelenski irəli sürmüşdü.


Baxış sayı: 647


Bölməyə aid digər xəbərlər