Bütün xəbərlər
130 kriminal avtoriteti "sındırmış" general öldü
Tarix: 29-08-2019 12:33 | Bölmə: Dünya



Rusiyanın Ulyanovsk vilayətində Cəzaların İcrası Federal Xidmətinin general-mayoru Vasili Snıserev ölüb.
Bu barədə idarənin Ulyanovsk üzrə bölməsinin saytında məlumat yayılıb.
Avqustun 25-də vəfat edən 90 yaşlı generalın ölüm səbəbi açıqlanmır.
Vasili Snıserev, ilk növbədə, "qanuni oğru"ların "sındırılması" ilə məşğul olan "Ağ qu quşu" koloniyasını yaradanlardan biri kimi tanınır. Onun 10 illik xidmət müddətində koloniyada beş mindən çox məhbus, o cümlədən, 130 "qanuni oğru" saxlanılıb.
Vasili Snıserev "Qırmızı Əmək Bayrağı" ordeni, səkkiz medal və "Daxili İşlər Nazirliyinin əməkdar işçisi" nişanı ilə təltif olunub.
Oxu.az


Baxış sayı: 650


Bölməyə aid digər xəbərlər