Bütün xəbərlər
Tehranın ölüm hökmünə məhkum edilmiş sabiq meri azadlığa buraxılıb
Tarix: 28-08-2019 15:25 | Bölmə: Dünya


             Tehranın ölüm hökmünə məhkum edilmiş sabiq meri azadlığa buraxılıb

Tehranın həyat yoldaşını qətlə yetirən sabiq meri Məhəmməd Əli Nəcəfi azadlığa çıxıb.
APA-nın Tehran bürosunun məlumatına görə, M.Ə.Nəcəfi bu gün Evin həbsxanasında evə buraxılıb.
Qeyd edək ki, bir müddət öncə ikinci xanımını qətlə yetirən Tehranın sabiq meri Məhəmməd Əli Nəcəfi ölüm hökmünə məhkum edilsə də, mərhumun yaxınları tərəfindən əfv edilib. 
Xatırladaq ki, bu ilin mayında Tehranın sabiq meri ikinci xanımı Mitra Nəcəfini atəş açaraq qətlə yetirib.
Məhəmmədəli Nəcəfi iki il öncə səhhəti ilə əlaqədar Tehranın meri vəzifəsindən istefa verib.
Sabiq mer İranda islahatçılar siyasi cinahının əsas nümayəndələrindən biri kimi tanınır.


Baxış sayı: 550


Bölməyə aid digər xəbərlər