Bütün xəbərlər
Britaniya sakini 65 ildən sonra doğmalarını tapdı
Tarix: 22-08-2019 12:00 | Bölmə: Dünya


                        Britaniya sakini 65 ildən sonra doğmalarını tapdı

Böyük Britaniya sakini Beril Everal uzun axtarışlardan sonra ailəsinə qovuşub. Qadın dörd qardaşının və bir bacısının olduğunu 68 yaşında öyrənib. “Qafqazinfo”nun məlumatına görə, bu barədə “The Daily Mail” nəşri yazıb.
Berilin sözlərinə görə, o bütün ömrü boyu doğmaları haqda nəsə öyrənmək istəyib. Onun üç yaşı olanda, anası onu xalasının evinin kəndarında qoyub həmişəlik yoxa çıxıb.
Yeni ailəsində ona, demək olar, o qadın haqda heç nə danışmayıblar. Xala qızın suallarına cavab olaraq, onun anasının amerikalı əsgərlə qaçdığını deyib. Qadın Berilin yerli pivəxanaların birində çalışan babasının olduğunu açıqlayıb. Beril göstərilən ünvan üzrə getsə də, babasının onun gəlişindən bir neçə ay əvvəl öldüyünü öyrənib.

Yalnız çox illər sonra Berillə onun uzaq qohumu əlaqə yaradıb. O, onun İvonn adlı bacısının olduğunu deyib və Berilə onunla əlaqə yaratmaqda kömək edib.
Məlum olub ki, qadının dörd qardaşı var. Onların sözlərinə görə, onların ümumi anası ailəsinin qayğısına qalıb. Onlar analarının gizli şəkildə övlad dünyaya gətirib ona sahib çıxmadığını bildikdə çox təəccüblənib.
Beril öyrənib ki, onun anası 2000-ci ildə vəfat edib və onun atdığı addımlar haqda artıq danışmaq mümkün deyil. Qadın doğmalarına qovuşduğuna görə çox sevincli olduğunu qeyd edib.


Baxış sayı: 512


Bölməyə aid digər xəbərlər