Bütün xəbərlər
Rusiyalı deputat arvadını öldürdü, tutuldu
Tarix: 21-08-2019 17:47 | Bölmə: Dünya


Rusiyalı deputat arvadını öldürdü, tutuldu


Rusiyada deputat Azat Zaripov həyat yoldaşını qətlə yetirməkdə şübhəli bilinərək saxlanılıb.
“Qafqazinfo” “RİA Novosti”yə istinadən xəbər verir ki, Çelyabinsk vilayəti üzrə deputat, yerli xəstəxananın baş həkimi olan Zaripovun avqustun 21-i gecə saatlarında arvadına bir neçə dəfə atəş açdığı iddia olunur. Qadının xəstəxanada keçindiyi qeyd edilir. 
Rusiyanın İstintaq Komitəsinin Çelyabinsk vilayətindəki İstintaq İdarəsi hadisə ilə bağlı gün ərzində açıqlama verəcəyini bəyan edib. 


Baxış sayı: 507


Bölməyə aid digər xəbərlər