01:00 / 23-09-2019
"Sümbül ağa"ya şok sual
Almaniyada hərbi tərcüməçi İrana işləyirmiş
Tarix: 17-08-2019 02:16 | Bölmə: Dünya
                 

Almaniyada hərbi tərcüməçiyə İrana işləməklə bağlı ittiham irəli sürülüb.
Modern.az  xarici mediaya istinadən xəbər verir ki, Almaniya Federal prokurorluğu Almaniya və Əfqanıstan vətəndaşı sayılan bir şəxsin dövlətə xəyanət və dövlət sirri haqqında qanunları pozmaqda təqsirləndirildiyini bildirib.
Rəsmi məlumatda bəhs olunan vətəndaş şərti olaraq Əbdül Həmid S. adlandırılıb. O, bir neçə il Almaniya ordusunda tərcüməçi vəzifəsində çalışıb və hətta müşavir olaraq fəaliyyət göstərib.
Verilən məlumatlarda onun bu ilin yanvarın 15-də həbs olunduğu və təhlükəsizlik səbəblərindən indiyə qədər nəzarət altında saxlanıldığı qeyd olunur.
“Spiegel Online” saytının məlumatına görə, Əbdül Həmidin bir çox məxfi materiallara, o cümlədən Alman ordusunun Əfqanıstandakı missiyasına dair fayllara çıxışı olub.


Baxış sayı: 40


Bölməyə aid digər xəbərlər