22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
İsrail ABŞ-ın müsəlman konqres üzvlərini ölkəyə buraxmadı - Tramp dəstək oldu
Tarix: 16-08-2019 02:45 | Bölmə: Dünya


                       İsrail ABŞ-ın müsəlman konqres üzvlərini ölkəyə buraxmadıD


İsrail Amerikanın müsəlman Konqres üzvləri Rəşidə Tlaib və İlhan Omarın ölkəyə girişinə qadağa qoyub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb siyasətçi qadınların bu ölkənin Fələstinə qarşı yönəldilmiş siyasətini dəstəkləməməsi, ona qarşı iqtisadi, mədəni və akademik boykot çağırışları etməsidir.
Rəşidə Tlaib və İlhan Omar bazar günü Qüdsə səfər planlaşdırsalar da, onlara viza verilməyib. R.Tlaib səfər əsnasında Fələstində yaşayan nənəsini də ziyarət etməyi düşünüb.
İsrailin müsəlman üzvlərə qoyduğu qadağanı ABŞ prezidenti Donald Tramp da dəstəkləyib. O, hələ çərşənbə günü Tvitter hesabında konqres üzvləri haqqında “İsraildən, bütün yəhudilərdən nifrət edirlər. Onların düşüncələrini dəyişdirəcək heç bir şey söylənə bilməz, heç nə edilə bilməz” yazıb.


Baxış sayı: 524


Bölməyə aid digər xəbərlər