22:59 / 15-04-2024
Məsciddə yanğın törədib
Bütün xəbərlər
Tramp: ABŞ-ın problemi Çin yox, FES-dir
Tarix: 15-08-2019 06:40 | Bölmə: Dünya

Federal Ehtiyyatlar Sistemi (FES) faiz dərəcəsini çox ləng azaldır.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, bunu öz "Twitter" səhifəsində ABŞ prezidenti Donald Tramp yazıb.
D.Tramp bildirib: "Çin bizim üçün problem deyil, lakin Honqkonq ətrafındakı vəziyyət məsələyə kömək etmir. Bizim problemimiz FES-dir. Həddən artıq çox və həddən artıq tez yüksəltdilər. İndi isə çox ləng azaldırlar".
Onun sözlərinə görə, dövlət istiqrazlarının gəlirliliyi çox böyükdür və digər ölkələr əlacsız Cey Pauelə və FES-ə "təşəkkür" edirlər: "Almaniya və digərləri bu oyunu oynayırlar! Mənfi və düzgün olmayan gəlir! Biz daha çox gəlir əldə etməliyik, FES isə buna imkan vermir. Biz qalib gələcəyik!".


Baxış sayı: 510


Bölməyə aid digər xəbərlər