Bütün xəbərlər
Sudan xalqı müxalifət və hərbçilər arasında razılaşmanı bayram edir
Tarix: 03-08-2019 16:22 | Bölmə: Dünya



Minlərlə sudanlı ölkədə hərbçilərlə müxalifət arasında hakimiyyət bölgüsünə dair sazişin imzalanmasını bayram etmək üçün paytaxt Xartumun küçələrinə çıxıb. Ölkədə sivil hökumətin tərəfdarları demokratiya şüarları səsləndirib, bu sahədə islahatlar keçirilməsini tələb ediblər. AZƏRTAC BBC telekanalının saytına istinadla xəbər verir ki, paytaxt Xartumla yanaşı, ölkənin əyalətlərində də izdihamlı mitinqlər keçirilib.
Sudanda keçid dövrünün Hərbi Şurası və Azadlıq və İslahatlar Şurası arasında bir neçə gündür davam edən danışıqlar avqustun 3-də keçid dövründə müvəqqəti hökumət yaradılmasına dair Konstitusiya Bəyannaməsinin imzalanması ilə başa çatıb. Tərəflər yeni Nazirlər Şurasının tabeliyində təhlükəsizlik orqanları və Çevik Dəstək Qüvvələri yaradılması barədə də razılıq əldə ediblər.
Xatırladaq ki, bu ölkədə cari il aprelin 11-dən – otuz il ərzində Sudana rəhbərlik edən Prezident Ömər Bəşirin hərbçilər tərəfindən vəzifəsindən kənarlaşdırılmasından sonra iğtişaşlar başlayıb. Əhali hərbçilərdən ölkədə sivil hökumətin qurulmasını və azad seçkilərin keçirilməsini tələb edirdi.



Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər