Bütün xəbərlər
Koçaryanı buraxan hakimə ittiham irəli sürünüb
Tarix: 31-07-2019 04:05 | Bölmə: Dünya



Ermənistan Xüsusi İstintaq Xidməti hakim David Qriqoryan barədə vəzifə saxtakarlığı ilə bağlı ittiham irəli sürüb.
Bu haqda “RİA Novosti”yə xidmətin mətbuat katibi Marina Oqacanyan bildirib.
D.Qriqoryan öncə Ermənistanın sabiq prezidenti Robert Koçaryanın azad edilməsi barədə qərar verib.
Baş Prokurorluq Ali Məhkəmə Şurasının Cinayət Məcəlləsində nəzərdə tutulmuş “vəzifə saxtakarlıqı” əməli ilə şübhələri əsas tutub hakimin cinayət təqibinə razılıq verdiyini bildirib.
Bu maddə üzrə maksimum sanksiya dörd il müddətinə azadlıqdan məhrumetmə cəzasını nəzərdə tutur.
Xatırladaq ki, Xüsusi İstintaq Xidməti iyulun 26-da R.Koçaryana qarşı Konstitusiya quruluşunun devrilməsində iştiraka dair ittiham irəli sürüb. Sabiq prezident həmçinin rüşvət almaqda ittiham olunur.
Oxu.az


Baxış sayı: 600


Bölməyə aid digər xəbərlər