Bütün xəbərlər
Gülnarə Kərimova həbsxanadan çıxarıldı
Tarix: 18-07-2019 23:50 | Bölmə: Dünya
                       

Özbəkistanın ilk prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimova həbsdə saxlanıldığı ümumi rejimli koloniyadan təcili yardım maşını ilə çıxarılıb.
Modern.az  Virtualaz.org  xəbər verir ki, bunu özünün Tvitter mikrobloqunda vəkil Qrequar Manja yazıb.
Onun sözlərinə görə, vəkil Daşkənd vilayətinin Zangiat rayonundakı 21 saylı ümumi rejimli qadın koloniyasının dəhlizində altı saat ərzində müştərisi ilə görüşü gözləməli olub. Nəticədə görüşə icazə verilməyib, bununla bərabər, vəkilin gözlədiyi vaxt ərzində koloniyanın ərazisini bir neçə təcili yardım maşını tərk edib.
Etibarlı mənbəyə istinadla Manja iddia edir ki, avtomobillərdən birində Kərimova olub. Onun səhhəti ilə bağlı hər hansı məlumat vəkildə yoxdur. Onda olan məlumata görə, Kərimovanın olduğu koloniyada son bir neçə həftə ərzində “ən azı iki qadın” dünyasını dəyişib.


Baxış sayı: 660


Bölməyə aid digər xəbərlər