Bütün xəbərlər
Sabiq nazirin 17 yaşlı qızı narkotikdən öldü
Tarix: 13-07-2019 00:56 | Bölmə: Dünya
                                       

Sabiq nazirin 17 yaşlı qızı narkotikdən ölüb.
Modern.az  Rusiya mediasına istinadən xəbər verir ki, 17 yaşlı  skripka ifaçısı Yekaterina Tsukanovanın cansız bədənini atası İqor Tsukanov aşkar edib.
Qızın ölüm səbəbi tam dəqiq bəlli olmasa da, bəzi KİV-lər Yekaterinanın narkotik maddənin qurbanı olduğunu yazır.
Hadisə şəhərin Kensinqton rayonunda baş verib.
Qeyd edək ki, Yekaterinanın atası məşhur kolleksioner olmaqla yanaşı, eyni zamanda milyarderdir. O, 1990-cı illərdə arvadı Nataliya ilə birlikdə Böyük Britaniyaya köçüb. Tsukanov Rusiya incəsənət dünyasında ən görkəmli şəxslər siyahısında yer alır. O, Londonda və Moskvada genişmiqyaslı sərgilər təşkil edir. Qızın anası isə nəhəng maliyyə şirkəti yaradıb. Yekaterinanın babası isə Dağıstanın Kənd Təsərrüfatı naziri olub.


Baxış sayı: 558


Bölməyə aid digər xəbərlər