Bütün xəbərlər
Şok iddia: Bu şəxs 2021-ci ildə Putini devirəcək - Video
Tarix: 07-07-2019 00:49 | Bölmə: Dünya

                



2021-ci ildə Rusiya Prezidenti Vladimir Putini vəzifədən uzaqlaşdırmaq məqsədilə Moskvaya yola düşən şaman Aleksandr Qabışev artıq 4 aydır ki, Şərq magistralı ilə hərəkət edir.
Axar.az-ın məlumatına görə, Qabışev Putini şər qüvvələrin məhsulu hesab edir və bildirir ki, yalnız şamanlar onunla bacarar.
“O, (Putin) qanlı iblisdir. O olmayanda azadlıq olacaq. Azadlıq isə ən qiymətlidir. Yaxşı, normal insan seçin. Diktatoru deyil, əzmli, mübariz, müasir, ticarətçi birini seçin. Hanısa faşist hakimiyyətdə oturub. Putinin getməsi mənim üçün qələbə olacaq. Əsas iblisə qalib gəlməkdir. İnsan insanla bacarar", - deyə Qabışev bildirib.
Qeyd edək ki, şaman bu günə kimi təxminən 2000 km yol qət edib.
O, 2021-ci ildə Moskvaya çatacaq.
                            


Baxış sayı: 637


Bölməyə aid digər xəbərlər