Bütün xəbərlər
Gülnarənin türmə həyatı...
Tarix: 06-07-2019 00:43 | Bölmə: Dünya

                     Gülnarənin türmə həyatı...


Özbəkistanın sabiq prezidenti İslam Kərimovun qızı Gülnarə Kərimovanın koloniyadakı yaşayış şəraiti normaldır, ona lazımi səviyyədə tibbi yardım göstərilir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə ölkənin Ədliyə Nazirliyi məlumat yayıb.
Nazirliyin yaydığı məlumatda bildirilir ki, Gülnarə Daşkənd vilayətinin Zangiat rayonunda yerləşən 21 saylı qadın koloniyasına 14 mart 2019-cu il tarixində daxil olub.
Maraqlıdır ki, Kərimova çarpayısının pəncərə kənarında olmasını istəyib. Həmin yeri başqa bir məhbus tutsa da, o, sabiq prezident qızına güzəşt edib.
Kərimova bağlama, pul qəbul edib, kaloniyanın mağazasında xərcləyib.  Bundan başqa o, aprelin 12-dən 15-dək ailə üzvləri ilə görüşüb.



Qeyd edək ki, Gülnarə Kərimova həm ölkədən xaricdə, həm də daxildə pul tələb etmədə və pulların yuyulmasında şübhəli bilinərək, onun barəsində cinayət işləri qaldırılıb.  Öz vətənində onu birinci cinayət işi üzrə 5 il müddətinə azadlığının məhdudlaşdırılmasına, ikinci iş üzrə isə 10 il müddətinə həbs cəzasına məhkum ediblər. Lakin, sonradan bu cəza 5 illik azadlığın məhdudlaşdırılması ilə əvəzlənib. Kərimova “cəzasının çəkilməsi qayda və şərtlərini kobud şəkildə pozduğuna görə” koloniyaya köçürülüb.


Baxış sayı: 579


Bölməyə aid digər xəbərlər