Kral ailəsi Barselonada qarət olundu
Tarix: 03-07-2019 03:48 | Bölmə: Dünya



Qətər kral ailəsinin üzvləri qarət olunublar.
“Vanguardia” xəbər verir ki, hadisə Barselonada baş verib.
Belə ki, Barselonanın lüks hotellərindən birində istirahət edən ailə üzvlərinin qaldıqları nömrə oğrular tərəfindən qarət edilib.
Hadisə zamanı seyfdən qiyməti 100 min avroya qədər olan qiymətli zərgərlik məmulatları və bahalı saat oğurlanıb.
Yerli hüquq-mühafizə orqanları genişmiqyaslı tədqiqatlara başlayıb.
Məlum olub ki, hadisə həmin gün ərzində baş verən yeganə insidentdir. Bu isə onu deməyə əsas verir ki, oğrular məhz ailəni qarət etmək üçün öncədən plan qurublarmış.
Oxu.az


Baxış sayı: 33


Bölməyə aid digər xəbərlər