İmamoğlu mandatını aldı: Atatürkün tablosu yerinə asıldı
Tarix: 28-06-2019 02:10 | Bölmə: Dünya


İstanbulda iyunun 23-də keçirilən bələdiyyə seçkilərində qalib gələn Əkrəm İmamoğluna bələdiyyə sədri mandatı təqdim olunub.
Modern.az xəbər verir ki, hazırda tərəfdarları qarşısında çıxış edən Əkrəm İmamoğlu görəcəyi işlərlə bağlı məlumat verir.
Daha sonra İstanbul Bələdiyyəsinin inzibati binasında təhvil-təslim olacaq.
Bələdiyyə sədrinin vəzifəsini icra edən şəhər valisi Ali Yerlikaya postunu Əkrəm İmamoğluna təhvil verəcək.
Qeyd edək ki, iyunun 23-də İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri vəzifəsinə keçirilən təkrar seçkilərdə Cümhuriyyət Xalq Partiyasının (CHP) namizədi Əkrəm İmamoğlu ən yaxın rəqibi, hakim Ədalət və İnkişaf Partiyasının (AKP) namizədi Binəli Yıldırımdan 853 mindənartıq səs toplayaraq, qalib gəlib.



Baxış sayı: 64


Bölməyə aid digər xəbərlər