Bütün xəbərlər
Kim Çen In xain generalı balıqlara yem etdi
Tarix: 09-06-2019 22:43 | Bölmə: Dünya



Şimali Koreya lideri Kim Çen In generallardan birini  xüsusi qəddarlıqla ölümə məhkum edib.
Adı açıqlanmayan və dövlət çevrilişinə cəhddə ittiham olunan general prezidentin Rensonq sarayında yeni və amansız metodla edam edilib. 
Belə ki, generalın qolları və ayaqları parçalandıqdan sonra o, yırtıcı balıqlarla - ac piranalarla dolu akvariuma atılıb.
Bu edam növünün ideyasını Ceyms Bond filmlərindən aldığı bilinən  Kim Çen In içərisində yüzlərlə vəhşi pirana olan akvariumu Braziliyadan gətizdirib. Dövlət başçısı belə dəhşətli edamla başqa məmurların gözünü qorxutmağa çalışır.
Oxu.az


Baxış sayı: 659


Bölməyə aid digər xəbərlər