Bütün xəbərlər
UEFA prezidenti Makronun fikirlərinin əleyhinə çıxıb
Tarix: 05-06-2019 17:16 | Bölmə: Dünya

                                       

"Biz siyasətin bizə idarəçilik diktə etməsinə imkan verməyəcəyik. Bütün siyasətçilərin idmana müdaxilələrinin yolverilməz olduğunu bilmələri vacibdir".
"Report"un məlumatına görə, bunu UEFA prezidenti Aleksander ÇeferinFransa prezidenti Emmanuel Makronun Çempionlar Liqasındakı islahatlarla bağlı fikirlərinə münasibət bildirərkən söyləyib.
"Bu, Markonun səlahiyyətlərinə aid deyil, mənim Fransa qanunları əleyhinə çıxış etməyim kimidir və siyasətin idmana açıq-aşkar müdaxiləsidir", - deyə Çeferin əlavə edib.
Qeyd edək ki, daha əvvəl UEFA 2024-cü ildə həyata keçiriləcək Çempionlar Liqası formatını təqdim edib. Buna əsasən, 8 komandalı 4 qrup təşkil olunacaq və oyunların sayı artırılacaq. Yeni sistem daha çox Avropanın top-klublarının işinə yarayacaq. Emmanuel Makron məhz belə dəyişikliklər əleyhinə çıxıb.


Baxış sayı: 517


Bölməyə aid digər xəbərlər