Bütün xəbərlər
Ruhaninin müşavirinin arvadını evində öldürdülər
Tarix: 28-05-2019 19:02 | Bölmə: Dünya

              



İranın paytaxtı Tehranda naməlum şəxslər İran prezidentinin müşaviri Əli Nəcəfinin həyat yoldaşını güllələyib.
Axar.az xəbər verir ki, özünün yaşadığı evdə güllələnən qadın aldığı yaralardan yerindəcə ölüb. Hələlik insidentlə bağlı ətraflı heç bir məlumat verilmir.
Öldürülən qadının Nəcəfinin ikinci həyat yoldaşı olduğu bildirilib.
ƏTRAFLINar.azQeyd edək ki, Nəcəfi Ruhaninin yaxın kadrlarından biridir. 2018-ci ilə qədər Tehranın meri olub.


Baxış sayı: 630


Bölməyə aid digər xəbərlər