Bütün xəbərlər
Məşhur prodüser təcavüzə görə 44 milyon ödəyəcək
Tarix: 26-05-2019 12:10 | Bölmə: Dünya
Məşhur prodüser təcavüzə görə 44 milyon ödəyəcək

Hollivudun məşhur prodüseri Harvi Vaynşteyn uzun müddətdir ki, bir çox qadın tərəfindən təcavüzdə günahlandırılır.
Axşam.az-ın məlumatına görə, prodüseri məhkəməyə verənlər qalib gəliblər. "The New York Times" məlumat verir ki, şikayətçilərin istəyi Harvinin 44 milyon dollar təzminat ödəməsidir.
Qeyd edək ki, 2017-ci ildə içərisində məşhur simaların da yer aldığı 80 qadın Vaynşteynin onlara təcavüz etdiyini deyərək, məhkəməyə şikayət edib. Məsələ ilə bağlı yekun məhkəmə sentyabrda baş tutacaq.


Baxış sayı: 514


Bölməyə aid digər xəbərlər