Bütün xəbərlər
Tarixin ən zəngin şəxsi müəyyən edilib
Tarix: 24-05-2019 16:51 | Bölmə: Dünya

                

Amerikalı neft maqnatı Con Rokfeller dünya tarixinin ən zəngin şəxsi hesab olunub.
Trend-in məlumatına görə, amerikalı iqtisadçı Semyuel Uilyamson əvvəllər yaşamış zəngin şəxslərin sərvətlərini hazırkı göstəricilərlə müqayisə edib.
Qeyd olunub ki, C.Rokfellerin sərvəti bugünkü məzənnə ilə 350 milyard dollardan çox olardı. Bu, hazırda dünyanın ən zəngin şəxsi olan “Amazon” şirkətinin rəhbəri Ceff Bezosdan 3 dəfə çoxdur.
19-cu əsrin sonu-20-ci əsrin əvvəllərində C.Rokfellerin sərvəti ABŞ-ın ümumi daxili məhsulunun 1,6 faizini təşkil edirdi.
Bundan başqa, iqtisadçının təhlillərinə əsasən, Qədim Roma sərkərdəsi, Spartak üsyanına qalib gəlmiş Mark Krassın sərvəti bugünkü 210 milyard dollara bərabər olardı.


Baxış sayı: 592


Bölməyə aid digər xəbərlər