Bütün xəbərlər
Eyfel qülləsinə dırmaşan naməlum şəxs tarixi abidədən düşürdülüb - FOTO
Tarix: 21-05-2019 00:45 | Bölmə: Dünya

                               


Parisin məşhur Eyfel qülləsinə dırmaşan naməlum şəxs tarixi abidədən düşürdülüb.
"Report"un Fransa bürosu xəbər verir ki, xilasedicilər yerli vaxtla saat 15:30-da Eyfel qülləsinə dırmaşan şəxsi 6 saat sonra düşürməyə nail olublar.
Tarixi abidənin ikinci mərtəbəsindən - 115 metr hündürlükdən dırmaşmağa başlayan şəxs qüllənin üçüncü, sonuncu mərtəbəsinə qədər - 324 metrədək qalxmağa nail olub və bundan sonra havadan asılı vəziyyətdə dayanıb. Naməlim şəxsin hansı məqsədlə Eyfel qülləsinə qalxması hələlik məlum deyil.
Qeyd edək ki, bununla bağlı tarixi abidəyə giriş-çıxış dayandırılıb.


Baxış sayı: 562


Bölməyə aid digər xəbərlər