Bütün xəbərlər
Qapıçı xəyanəti: “Traktor” yeni oyun tələb etdi
Tarix: 06-05-2019 15:03 | Bölmə: Dünya

                              



Təbrizin “Traktor” futbol komandasından uzaqlaşdırılan qapıçı Möhsün Fruzanın xəyanəti sübut edildikdən sonra komandanın səlahiyyətli şəxsləri İran Futbol Federasiyasına müraciət edib.
Axar.az xəbər verir ki, bu barədə federasiyanın vəkili Əhməd Rza Bərati danışıb.
Onun sözlərinə görə, müraciətdə qapıçının məqsədli şəkildə komandanı uduzdurmasına görə oyunun yenidən təşkil olunması, yaxud “Traktor”un qalib elan edilməsi xahiş edilib. Federasiya “Traktor”un müraciətini rədd edib və qapıçının komandanın bir üzvü olduğunu, mövzunun şəxsi məsələ mahiyyəti daşıdığını əsas gətirərək, oyunun yenidən təşkil edilməyəcəyini bildirib.
Qeyd edək ki, aprelin 12-də Rəştdə keçirilən görüş 3:0 hesabı ilə “Sepidrud”un xeyrinə başa çatdıqdan sonra futbolçunun xəyanəti ilə bağlı azarkeşlər, Təbriz klubunun rəsmi şəxsləri, o cümlədən klubun sahibi Məhəmmədrza Zenuzi ciddi iddialar irəli sürmüşdü. Futbol Federasiyasının Əxlaq Komitəsi super liqa və birinci dəstə oyunlarını araşdıraraq, futbolçunun bir neçə görüşün nəticəsi ilə bağlı gizlicə mərcə girdiyini, nəticədə milyardlarla tümən məbləğində pul qazandığını üzə çıxarmışdı.
Qapıçı Möhsün Fruzan və həyat yoldaşı həbs edilsə də, ötən gün girov qarşılığında azadlığa buraxılıb.


Baxış sayı: 560


Bölməyə aid digər xəbərlər