Bütün xəbərlər
Əsgərlikdən qaçıb, film izləməyə getdi
Tarix: 06-05-2019 13:52 | Bölmə: Dünya
Əsgərlikdən qaçıb, film izləməyə getdi

Cənubi Koreya Hava Qüvvələrinin əsgərlərindən biri fərarilik cinayətinə imza atıb.
Axşam.az xəbər verir ki, o, əsgərlikdən qaçıb.
Buna isə onun yeni çıxan “Qisasçılar: Sonuncu oyun” filmi səbəb olub.
Belə ki, əsgərin ekran işinə olan marağı onu qaçıb kinoteatrda filmə baxmağa vadar edib.
Bu isə ona baha başa gəlib. Polislər elə kinoteatrda əsgəri həbs ediblər.
Qeyd edək ki, “Qisasçılar: Sonuncu oyun” hazırda bütün dünyada maraqlı izlənilən filmlərdən biridir.


Baxış sayı: 599


Bölməyə aid digər xəbərlər