Bütün xəbərlər
Türkiyə millisinin sabiq futbolçusu Ümit Karan həbs olunub
Tarix: 29-04-2019 16:07 | Bölmə: Dünya

                                

Türkiyə milli komandasının və "Qalatasaray"ın sabiq futbolçusu Ümit Karan həbs olunub. 
"Report"  "CNNturk"ə istinadən xəbər verir ki, o, qadına sataşmaq və cinsi təcavüzə görə 1 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. 
Karan yaşadığı binada işləyən qadına cinsi təcavüzə cəhddə ittiham olunub. Lakin keçmiş hücumçu özünə qarşı bütün iddiaları rədd edib.
2015-ci ildə Karan yaşadığı binadakı xanıma təcavüz etdiyi üçün ittiham olunub, lakin dəlil çatışmazlığına görə bəraət alıb.
Qeyd edək ki, Ümit Karan 2001 - 2009-cu illərdə "Qalatasaray"da çıxış edib. O, 3 dəfə Türkiyə çempionatının qalibi olub. Karan 10 matçda Türkiyə millisinin formasını geyinib.


Baxış sayı: 546


Bölməyə aid digər xəbərlər