Bütün xəbərlər
İkiqat Olimpiya çempionu canlı yayımda huşunu itirdi - VİDEO
Tarix: 25-04-2019 11:46 | Bölmə: Dünya





Qadın voleybolu üzrə ikiqat Olimpiya çempionu Jaklin Karvalyo müsahibə zamanı huşunu itirib.
Braziliya mətbuatının yazdığı xəbərə görə, kişi voleybol komandaları arasında keçirilən Superliqa görüşü zamanı “Spor TV”yə müsahibə verən 35 yaşlı Jaklin canlı yayımda özündən gedib.
Hətta onun kortun kənarına yıxılması səbəbindən matça bir müddət ara verilib. Ona ilkin müdaxilə edən komandalardan birinin həkimi Serjio Şavyer xanım voleybolçunun ürəyinin getməsinə zaldakı yüksək temperaturun səbəb olduğunu bildirib. Yüksək hərarət idmançının qan təzyiqini qaldırıb, nəticədə o, huşunu itirib.
Qeyd edək ki, Jaklin Karvalyo daha sonra xəstəxanaya çatdırılıb.
                                  


Baxış sayı: 659


Bölməyə aid digər xəbərlər