Bütün xəbərlər
İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış olub, xəsarət alanlar var
Tarix: 05-12-2018 19:48 | Bölmə: Dünya

                            

İtaliyada yanacaqdoldurma məntəqəsində partlayış baş verib.
“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, hadisə Latsio regionunun Rieti şəhəri yaxınlığında qeydə alınıb. 
Məlumata görə, yanacaq daşıyan avtomobil partlayıb, daha sonra yanğın çıxıb. Nəticədə azı 15 nəfər xəsarət alıb. Onlardan 7-si yanğınsöndürəndir. 
Yanğının qarşısını almaq üçün tədbirlər görülür.


Baxış sayı: 568


Bölməyə aid digər xəbərlər