Bütün xəbərlər
ABŞ rəsmisi: “İran ildə Yaxın Şərqdə terrorçu qruplaşmalara bir milyard dollar xərcləyir”
Tarix: 14-11-2018 15:46 | Bölmə: Dünya


                                     

"İran Yaxın Şərqdə terrorçu qruplaşmaların fəaliyyətini dəstəkləmək məqsədilə hər il bir milyard dollar xərcləyir".
“Report” “İnterfax”a istinadən xəbər verir ki, bunu ABŞ-ın terrorçuluğa qarşı mübarizə üzrə koodinatoru Neytan Seyls bildirib.
“İran ildə “Hizbullah”a 700 milyon dollara yaxın, Fələstindəki başqa terrorçu qruplaşmalara isə 100 milyon dollar xərcləyir. İranın Yaxın Şərqdəki terrorçulara ayırdığı bütün vəsaitləri cəmləsək, bu rəqəm bir milyard dollar olacaq”, - deyə Neytan Seyls Vaşinqtonda Yaxın Şərq İnstitutundakı çıxışında vurğulayıb.
O qeyd edib ki, İran hakimiyyətinin terrorçuluğu dəstəkləmək planlarından imtina etdirmək üçün çox iş görülməlidir: “ABŞ-ın bunu təkbaşına edə bilməyəcəyini biz yaxşı bilirik. Ona görə də biz beynəlxaq tərəfdaşlarımızın İranın dəstəklədiyi terrora qarşı çıxmasında təkid edirik. Özəl sektor bu məsələdə səylərini artırmalıdır. Birbaşa deyirəm. Əgər İranla ticarət edirsinizsə, deməli, siz terroru maliyyələşdirirsiniz.


Baxış sayı: 576


Bölməyə aid digər xəbərlər