Bütün xəbərlər
Ranyeri Meksika millisinə rəhbərlik edə bilər
Tarix: 17-10-2018 02:59 | Bölmə: Dünya

                      

Məşhur italiyalı məşqçi Klaudio Ranyeri futbol üzrə Meksika millisinə rəhbərlik etməklə bağlı təklif alıb.
“Report” xəbər verir ki, bu barədə "Esto.com" saytına istinadən "Football Italia" yazıb.
Mənbənin məlumatına görə, Meksika Futbol Federasiyası Ranyeriyə 2022-ci ilə qədər müqavilə təklif edir. Belə olan halda, məşqçi komanda ilə 2022-ci ildə Qətərdə keçiriləcək dünya çempionatının final mərhələsində işləmək imkanı qazana bilər.
Bundan əvvəl Klaudio Ranyeri İngiltərənin “Lester” klubunun baş məşqçisi postuna dönməkdən imtina etmişdi.


Baxış sayı: 649


Bölməyə aid digər xəbərlər