Bütün xəbərlər
Nikol Paşinyan istefa verib
Tarix: 17-10-2018 01:59 | Bölmə: Dünya

                    

Ermənistanın Baş naziri Nikol Paşinyan istefa verib.
Trend-in Ermənistan KİV-ə istinadən məlumatına görə, o, bu barədə Ermənistan İctimai Televiziyasının canlı efirində bəyan edib. O, həmçinin qeyd edib ki, seçkilərə qədər nazirlər kabinetinin başçısı vəzifələrini icra edəcək.
Daha əvvəl Fransanın "France24" kanalına verdiyi müsahibədə N.Paşinyan oktyabrın 15-də parlamenti buraxmaq və erkən parlament seçkilərini keçirmək üçün istefa verməyi planlaşdırdığını bildirmişdi.
Paşinyan qeyd etmişdi ki, növbədənkənar parlament seçkiləri dekabrın 10-da keçiriləcək.


Baxış sayı: 643


Bölməyə aid digər xəbərlər